Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Azərbaycana dəstəyini ifadə edib.

Open.az xəbər verir ki, nazirlərlə keçirilən iclasdan sonra açıqlama verən Ərdoğan hər zaman Azərbaycanın apardığı mübarizəyə dəstək olacaqlarını bildirib:

"Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə bütün gücümüzlə və qəlbimizlə dəstək verdik, verəcəyik".