Azərbaycanın Kubada yeni səfirliyi təsis edilir.

Open.az xəbər verir ki, Azərbaycan Respublikasının Kuba Respubikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanunu layihəsi barədə məsələ parlamentin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Səfirlik Kubanın paytaxtı Havana şəhərində olacaq.

Qeyd edək ki, indiyə qədər Azərbaycan Kubada diplomatik nümayəndəliklə təmsil olunur.