Avropa Komissiyası “AstraZeneca” əczaçılıq şirkəti ilə 300 milyon doza koronavirus vaksininin satın alınması barədə ilk saziş imzalayıb.

Open.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Qeyd olunur ki, vaksinin təhlükəsizliyi və səmərəliliyi təsdiq olunan kimi Avropa Komissiyası Aİ üzv ölkələri adından 300 milyon dozanın satın alınmasını razılaşdırıb. Sazişə əsasən, bu rəqəmdən əlavə daha 100 milyon doza satın alına bilər.

Bundan başqa, Böyük Britaniya “Johnson & Johnson” və “Novavax” şirkətləri ilə ümumilikdə 90 milyon doza vaksinin alınması barədə iki saziş imzalayıb.