Avropa İttifaqı (Aİ) pandemiyadan sonra iqtisadiyyatın bərpası üçün elan olunmuş 750 milyard avro məbləğində fondun, eləcə də 1,5 trilyon avro məbləğində 2021-2027-ci il Aİ büdcəsinin razılaşdırılması prosesində problemlərlə üzləşib.

Open.az-ın məlumatına görə, Avropa Komissiyası büdcə planını təkrar nəzərdən keçirə bilər.

Qeyd olunur ki, ən çox müzakirələrə ümumavropa vergisinin tətbiq olunması məsələsi səbəb olub. Şərqi Avropa ölkələri karbon tullantılarına görə ümumi verginin tətbiq olunmasına qarşı çıxıb. Hazırda bu sahədən alınan vergi ölkələrin öz büdcələrinə daxil olur. 2019-cu ildə Aİ ölkələrində karbon tullantılarına görə verginin həcmi 14,6 milyard dollar təşkil edib.

Avropa Komissiyası, həmçinin plastik və rəqəmsal korporasiyalara görə də ümumavropa vergisinin tətbiqini təklif edib.