"Mən Ermənistan və Azərbaycan arasında sərhəddə müşahidə etdiyimiz zorakılıqların artmasından çox narahatam və insanların məhv olmasını görməzdən əvvəl dərhal atəşin dayandırılmasına qayıtmağa çağırıram".

Open.az xəbər verir ki, bu sözləri ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, Avropa və Xarici İşlər naziri Edi Rama deyib.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik vəziyyəti sabitliyə qaytarmağa çalışaraq tərəflərlə sıx əlaqələri dəstəkləyirlər. Azərbaycan və Ermənistan liderləri arasında birbaşa əlaqə 2019-cu ilin martında Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Vyanada görüş zamanı qurulub. Edi Rama belə mexanizmlərin vəziyyətin deeskalasiyası üçün istifadə edilə biləcəyinə ümidini ifadə edib.