Azərbaycanda aparılan islahatlar, gənclərin siyasi arenaya daxil olması böyük əhəmiyyət kəsb edir”.

Open.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Prezidenti Giorgi Tsereteli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan rəhbərliyi reallaşdırdığı islahatlar və dəyişikliklərlə demokratik prisniplərə sadiqliyini nümayiş etdirir: “Bu dəyişikliklərin ilk növbədə Azərbaycan xalqının maraqlarına cavab verməsinə diqqət çəkir”.

G.Tseretelinin sözlərinə görə, islahatlar deməyə əsas verir ki, Azərbaycanda seçiləcək yeni parlament daha enerjili və daha fəal olacaq.