Qırğızıstan məhkəməsi keçmiş prezident Almazbek Atambayevin həbs müddətini uzadıb.

Open.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, Atambaev 26 oktyabra qədər həbsdə qalacaq.

Qeyd edək ki, keçmiş prezidenti ömürlük həbs cəzası gözləyir. İyunun 20-də Qırğızıstan parlamenti Atambayevə qarşı onun törətdiyi müxtəlif cinayətlərlə bağlı ittihamlar irəli sürüb. O, əsasən korrupsiyada, torpaqların qanunsuz zəbt olunmasında və digər cinayətlərdə günahlandırılır. A. Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. İyunun sonunda parlament keçmiş prezidentin toxunulmazlığını ləğv edib.

Gülnar Qafarlı