“Wikileaks” saytının yaradıcısı Cullian Assanj Amerika Birləşmiş Ştatlarına ekstradisiya ediləcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda sənədi ötən gün İngiltərənin Daxili İşlər naziri Sajid Cavid imzalayıb.

O, Assanjın ABŞ-a ekstradisiya ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Cullian Assanj aprelin 11-i Londonda polis tərəfindən saxlanılıb. 7 il ərzində ona sığınacaq vermiş Ekvador səfirliyi ona sığınacaq verməkdən imtina edib. Onun saxlanılmasının səbəbi 2012-ci ildə girov müqabilində azad edilmə şərtlərini pozması olub.

Gülnar Qafarlı