İndoneziyada ər arvadını boynundan dişləyərək, ağır yaralayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kompas TV məlumat yayıb.

Hadisə Sulawesi Adasında Kolaka bölgəsinə bağlı Tobua kəndində baş verib.

Xəstəxanaya yerləşdirilən qadının həyatını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Rəsmilər hadisədən sonra qaçan ərin kənd yaxınlığında gizləndiyi kolluq sahədə saxlanıldığını bildirib.

Ailənin yaxınları təcavüzkar ərin psixi problemləri olduğunu iddia ediblər.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı