Ermənistanda Yerablur qəbiristanlığında 2016-cı ilin aprelində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki döyüşlərdə zərərsizləşdirilən hərbçilərin qəbirlərinə naməlum maye tökülüb.

Open.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Daşnaksütyun Partiyasının üzvü Artur Yeqiazaryan “Facebook” səhifəsində bunu Ermənistan silahlı qüvvələrinin ölən hərbçisinin qəbirinin “təhqir edilməsi” kimi dəyərləndirib. O, bunu “daxilən türk olanların” törətdiyi vurğulayıb.

Bildirilib ki, bu qəbiristanlıqda aprel döyüşüçləri ilə bağlı ilk hadisə deyil. Bir müddət əvvəl orada Qarabağda zərərsizləşdirilən hərbçilərin qohumları da daxil olmaqla bir neçə şəxsin avtomobilinə zərər vurulub.