Türkiyənin Antalya şəhərində özəl xəstəxanalardan birində partlayış baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Antalyanın Muratpaşa bölgəsində yerli vaxtla 09:30 radələrində meydana gəlib.

Partlayış nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.

Olay yerinə çox sayda təcili tibbi yardım və polis cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı