Türkiyənin Antalya şəhərinin Alanya rayonunda fərqli hotellərdə tətildə olan rus və alman turistin cəsədi tapılıb.

Open.az "CNN"ə istinadən xəbər verir ki, Konaklı məhəlləsindəki hoteldə istirahət edən 66 yaşlı Ravli Khisamutdinovin cəsədi işçilər tərəfindən otağında aşkar edilib.

Hadisə yerinə gələn tibb işçiləri rus turistin həyatını itirdiyini təsdiqləyib.

Obagöl məhəlləsində bir hoteldə istirahət edən 63 yaşlı alman turist Yelizaveta Gerfrud da otağında ölü tapılıb.

Alman və rus turistin cənazələri meyitin yarılması üçün Antalya Tibb Müəssisəsinə aparılıb.

Gülnar Qafarlı