Türkiyənin Antalya şəhərinin Döşemealtı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş berib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbuldan Antalyaya gedən sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları sövq edilib.

Qəzaya səbəb yolların yağan yağışa görə sürüşkən olması bildirilib.

Gülnar Qafarlı