İngiltərənin Bangor şəhərində 33 yaşlı Kimberly Nelligan adlı qadın gecələr yatmayan körpəsinin diş ətinə heroin sürtüb və 1 yaşlı qız həyatını itirib.

Open.az xəbər verir ki, sözügedən hadisədən sonra ana saxlanılıb.

O, ötən gün məhkəmədə hakim qarşısına çıxıb və ona qarşı irəli sürülən ittihamları rədd edib. Ana uşağına zərər vermək niyyətinin olmadığını və yalnız yuxusuna kömək etmək istədiyini bildirib.

Məhkəmə Tibbi Ekspertizasının nəticələrinə görə, narkotik maddə körpənin mədəsinə düşüb və bu da onun ölümünə səbəb olub.

Məhkəmə noyabr ayına qədər təxirə salınıb.

Ana yatmayan körpəsinin dişinə heroin sürtdü - Uşaq öldü