Amerikanın İslam Ümməti Hərəkatı lideri Luis Farraxan, Amerika Prezidenti Donald Trampa müharibə düyməsinə basmaq mövzusunda xəbərdarlıq edib.

Open.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, Tehranda mətbuat konfransı keçirən Amerikanın İslam Ümməti Hərəkatı lideri Luis Farraxan Amerika Prezidenti Trampa müraciət edərək, "ABŞ və İsrail Amerikanı yox etməz, məhz siz Amerikanın yox olmasından cavabdehsiniz" deyib.

Mətbuat konfransında İranda olmaqdan duyduğu məmnuniyyəti dilə gətirən Luis Farraxan, İslam İnqilabı Lideri Ayətullah Hamaneiye də təşəkkür edib.

Bercam nüvə sazişinə toxunan Farraxan, İranın bu sazişə sadiq qaldığını, amma Trampın müqavilədən çəkilərək indi də İrana ən ağır sanksiyaları tətbiq etdiyini vurğulayıb.

Trampa müharibə mövzusunda xəbərdarlıq edən Farraxan, müharibə tətiyi çəkilsə, Amerika İsrail kimi müttəfiqləri ilə regionda müharibəyə başlasa o zaman Rusiya və Çin kimi başqa ölkələrin də bu müharibəyə girəcəyini və bu da Amerikanın sonunun olacağını ifadə edib.