Bişkek şəhər məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi 26 avqusta qədər həbsdə saxlayıb.

Open.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Atambaevin vəkili sözügedən qərarı qanunsuz hesab edib.

Qeyd edək ki, keçmiş prezidenti ömürlük həbs cəzası gözləyir. İyunun 20-də Qırğızıstan parlamenti Atambayevə qarşı onun törətdiyi müxtəlif cinayətlərlə bağlı ittihamlar irəli sürüb. O, əsasən korrupsiyada, torpaqların qanunsuz zəbt olunmasında və digər cinayətlərdə günahlandırılır. A. Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. İyunun sonunda parlament keçmiş prezidentin toxunulmazlığını ləğv edib.