Almaniyanın Ştuttqart, Köln/Bonn və Düsseldorf aeroportlarında mühafizə xidmətinin işçilərinin tətiliylə əlaqədar yüzlırlə reys təxirə salınıb.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR məlumat yayıb.

Belə ki, Düsseldorfda 570 reysdən 350-si, Köln/Bonnda 130-dan çox reys ləğv edilib.

Qeyd edək ki, mühafizə xidmətinin əməkdaşlarının tətili yanvarın 11-ə kimi davam edəcək. Onlar maaşlarının artırılmasını tələb edirlər.

Daha əvvəl analoji etiraz aksiyaları Berlin aeroportlarında da keçirilib.

Gülnar Qafarlı