Almaniyanın Düsseldorf şəhərində miqrantların yaşadığı binada partlayış baş verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışdan sonra meydana gələn yanğında 1 nəfər ölüb, 2 nəfər də tüstüdən zəhərlənib.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. 10 nəfər binadan təxliyə edilib.

Yanğının səhər saatlarında ərəb və türk ailələrin yaşadığı binanın ikinci mərtəbəsində baş verdiyi bildirilib.

Yararsız hala gələn binaya 100 min avro ziyan dəyib. Polis ölən şəxsin kimliyi və miliyyəti barədə açıqlama verməyib.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı