Almaniyada COVİD-19-la bağlı məhdudiyyətlər fevralın 14-dək uzadılıb.

Open.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qərarı kansler Angela Merkel əyalət rəhbərləri ilə görüşündən sonra açıqlayıb.

Bildirilib ki, sərt karantinin uzadılması qərarı koronavirusa yoluxma və ölüm sayında artımla əlaqədardır.