Köln və Bonn şəhərlərində 2019-cu ilin 1 aprelindən etibarən bəzi dizel avtomobillərin istifadəsi qadağan olunacaq.

Open.az xəbər verir ki, Almaniyada Köln İdarə Məhkəməsi, 1 aprel 2019-cu ildən etibarən Köln və Bonn şəhərlərində bəzi dizel avtomobillərin qadağan olunmasına qərar verib.

Məhkəmə qərarına görə, Avro 4 sinifi keçmiş dizel yanacaq vasitələr, 1 aprel 2019-cu ildən etibarən Köln və Bonn şəhər mərkəzlərinə daxil olmayacaq.

Sözügedən qadağa, 1 sentyabr 2019-cu ildən etibarən, daha yeni olan Avro 5 sinif dizel maşınları da əhatə edəcək.

Gətirilən qadağa hər iki şəhərdəki hava çirkləndirilməsinin azaldılması məqsədi güdür.

Köln Böyükşəhər Bələdiyyəsi sərnişin daşımaq istifadə edilən şəhər içi avtobusları, 2019-ci ildən etibarən elektrikli avtobuslarla dəyişdirməyi planlaşdırır.