Almaniyada bu gün səhər saatlarında bomba həyəcanı yaşanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Kiel, Erfurt və Maqdeburq şəhərlərindəki 3 məhkəmə binası bomba xəbərdarlığından sonra boşaldılıb.

Bu barədə Almaniyanın çox oxunan qəzetlərindən "Hannoversche Allgemeine Zeitung" məlumat yayıb.

Ölkənin qərbindəki Hess əyalətində də buna bənzər bir hadisə baş verib. Uiesbaden şəhərindəki məhkəmə binası boşaldılıb.

Gülnar Qafarlı