Fransanın “Airbus” şirkəti hidrogen mühərrikli 3 təyyarə prototipini təqdim edib.

Open.az-ın məlumatına görə, bu modellərin karbon qazı tullantıları sıfır səviyyəsində olacaq.

Şirkətin baş direktoru Giyom Fori bildirib ki, həmin modellərin 2035-ci ilədək istehsalının başlanması planlaşdırılır.

“ZEROe” adı verilən modellər üç prototipdə təqdim olunub.

Birinci prototip turboreaktiv mühərrikli klassik konturları olan təyyarədir. Bu təyyarənin sərnişin tutumu 200 nəfərədək, uçuş məsafəsi 3 500 kilometrdən çox olacaq.

İkinci prototip 1 800 kilometr məsafədə 100-dək sərnişin daşıya biləcək regional tipli turbopərli təyyarədir.

Üçüncü prototip mütəxəssislər tərəfindən “uçan qanad” adlandırılıb. Bu təyyarənin sərnişin tutumu 200 nəfərədək, uçuş məsafəsi 3 500 kilometrdən çox olacaq.