Suriyanın Afrin rayonu mərkəzində, vətəndaşların sıx yaşadığı Turanda yolu üzərində bomba yüklü avtomobil partladılıb.

Open.az "AA"ya istinadən xəbər verir ki, partlayış nəticəsində 6 nəfər ölüb, 23 nəfər isə yaralanıb. Yaralılar Afrin və Hataydakı xəstəxanalara yerləşdirilib.

Ehtimal olunan başqa bir hücuma qarşı insanların park vəziyyətindəki avtomobillərdən uzaq durması istənilib.

Hadisə ilə bağlı istintaq başlanıb və şəhərə giriş-çıxışlara bağlanıb.

Məsuliyyəti üzərinə götürən olmayıb.

Gülnar Qafarlı