ABŞ Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətinin baş şübhəlisi Suud Əl Kahtanidən hesab verilməsini istəyib, ancaq Ər-Riyad israrla bu tələbi rədd edib.

Open.az xəbər verir ki, bu barədə Amerikanın "Wall Street Journal" qəzeti məlumat yayıb.

ABŞ-lı bir səlahiyyətli Kahtanın hələ də şahzadə Məhəmməd ibn Salmana müşavirlik etdiyini irəli sürüb. Salmanın isə Kahtanini qoruyub saxlamağa davam etdiyini vurğulayıb.

Səudiyyə rəsmiləri də Kahtanın səyahət qadağası olmasına baxmayaraq Abu-Dabiyə getdiyini bildirib.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.

Gülnar Qafarlı