ABŞ hökuməti SSRİ-də istehsal olunmuş silah-sursatı almaq niyyətindədir.

Open.az xarici KİV-ə istinadən xəbər verir ki, silah-sursatın Pentaqon və digər strukturların fəaliyyəti üçün "milli hərbi strategiyanı dəstəkləmək" məqsədi ilə istifadə ediləcəyi gözlənilir. Hərbi nazirlik "düşmən silahı ilə işləmək bacarığının inkişafı" da daxil olmaqla təlimlərdə bu silahlardan istifadə etməyi planlaşdırır.

ABŞ təyyarə raketləri, minaatan silah sistemləri və onların hissələri, kiçik və orta çaplı sursat alacaq. Müqavilə beş il qüvvədə olacaq. Birləşmiş Ştatlar bir neçə tədarükçüdən 4.1 milyard ədəd xüsusi sursat və silah sistemi sifariş edə biləcək.

Ləman Oruc