ABŞ Senatı bəzi Çin şirkətlərinin Amerika birjalarında səhm satışına mane ola biləcək bir qanun qəbul edib.

Open.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

ABŞ xarici firmalardan ABŞ-ın audit və digər maliyyə qaydalarına dair standartlarına əməl etmələrini tələb edib.

Qanunu prezident Tramp imzalamaışdan öncə Nümayəndələr Palatası qəbul etməlidir.

Nəzərdə tutulan qanun layihəsi birjada alış-veriş edən şirkətlərdən onların xarici dövlətə mənsub və nəzarətində olması barədə məlumatı açıqlamağı tələb edəcək.

Şəmsiyyə Yaşar