ABŞ-ın Ankaradakı səfiri David Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Open.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Səfirə ABŞ Konqeresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qanun layihəsinə görə etiraz notası təqdim olunub.

Qeyd edək ki, ötən gün ABŞ-ın Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı layihəni qəbul edib. 405 nəfər qətnamənin lehinə, 11 nəfər isə əleyhinə səs verib.