ABŞ-ın Nümayəndələr Məclisinin müsəlman üzvləri, Minnesota ştatın millət vəkili İlhan Ömər, İndiana millət vəkili Andre Carson və Miçiqanın millət vəkili Raşidə Tlaib iftar verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatı və Müsəlman Hüquqşünaslar Birliyi ilə birgə təşkil edilən proqram ABŞ Konqresində ilk iftar yeməyi olub.

Konqresdəki iftar yeməyinə Nümayəndələr Palatasının bir çox üzvü ilə yanaşı, konqresin işçiləri də qatılıblar.

Gülnar Qafarlı