ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, yalnız NATO ölkələri deyil, bütün müttəfiq dövlətlər ÜDM-nun 2 faizini müdafiə xərclərinə, ilk növbədə Rusiya və Çinin qarşısını almaq üçün ayırmalıdır.

Bu barədə Open.az RİA “Novosti”yə istinadən xəbər verir.

“COVID-19 pandemiyasının çağırışlarını və çətinliklərini anlayırıq, lakin bu gün təhdidlərimiz azalmayıb. Əksinə, ölkələr daxili vəziyyəti yaxşılaşdırmaq üçün yollar axtardıqca vəziyyət pisləşdi. Eyni zamanda, rəqiblərimiz bundan istifadə etməyə çalışırlar.

Buna görə, bütün (NATO - Red) üzv ölkələri öz öhdəliklərinə əməl etməyə və ümumi təhlükəsizliyimizə daha çox töhfə verməyə çağırırıq. Bu, NATO-nu da əhatə edir. Bütün müttəfiqlərin müdafiə sahəsinə daha çox vəsait ayırmağı gözləyirik - ən azı ÜDM-nin 2 faizini”, - deyə o bildirib.