ABŞ Konqresinin binasında (Kapitoli) təhlükəsizlik tədbirləri gücləndirilib.

Open.az “NBC News”ə istinadən xəbər verir ki, yaxınlıqda baş verən yanğınla əlaqədar olaraq, Kapitoliyə aid bütün binalara giriş-çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb.

Konqresdən verilən açıqlamaya görə, binada olanlara qapı və pəncərələrdən uzaq durmaq məsləhət görülür.

Kapitoli polisi bildirilib ki, idarə əməkdaşlarına hadisənin araşdırıldığı müddətdə sığınacaqda qalmaq tövsiyə olunur.