Birləşmiş Ştatlar İranla münasibətlərdə gərginliyin artması ilə əlaqədar diplomatlarının yarısını İraq ərazisindən çıxarır.

Open.az-ın məlumatına görə, bu barədə Politico” qəzetinin elektron versiyası bildirib.

Mətbu orqanın məlumatına görə, ABŞ-ın Bağdad və digər şəhərlərdəki diplomat missiyaların əməkdaşları müvəqqəti olaraq bu ölkəni tərk edir. Onların qayıdışının müddəti açıqlanmır.

Qeyd edilir ki, ABŞ-ın İraqdakı səfiri Metyu Tuller bu ölkəni tərk etməyəcək.