Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın şimal-şərqini tərk edir və artıq Münbic şəhərindən çəkilib.

Open.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat koalisiya qüvvələrinin qərargahı tərəfindən yayılıb.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalının terrorçulardan təmizlənməsi və sərhəd boyu bufer zonasının yaradılması üçün "Barış pınarı" antiterror əməliyyatının başladığını elan edib. Həmçinin Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

Elə həmin gün Türkiyə aviasiyası terrorçuların mövqelərinə zərbələr endirib və bunun ardınca quru qoşunları yerüstü əməliyyatlara başlayıb.