ABŞ vitse-prezidenti Mayk Pence və ABŞ Xarici İşlər Naziri Mayk Pompeo bu gün Türkiyəyə səfər edəcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

Ağ Evin yaydığı açıqlamada bildirilib ki, ABŞ-ın nümayəndələri Türkiyəyə Suriya məsələsini müzakirə etmək və sanksiyalarla bağlı gedəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Vaşinqtonda bir araya gələcək.

Gülnar Qafarlı