Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Yean-Yves Le Drian ilə mətbuat konfransı keçirib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, M,Çavuşoğlu mətbuat konfransındakı çıxışında ABŞ_ın məktubuna cavab verib.

"Bu məktubun üslubunu qəbul etmirik. Heç kim Türkiyəyə ultimatum verə bilməz. Türkiyə "S-400" alıb. Prezidentimiz bildirib. "S-400"lər Türkiyəyə gələcək. Ölkəmiz aldığı qərardan vaz keçməyəcək. Qıza müddət ərzində onlara cavab məktubu göndərəcəyik", - deyə türkiyəli nazir bildirib.

Gülnar Qafarlı