ABŞ-ın Daxili İşlər naziri Ryan Zinke vəzifəsindən istefa verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Donald Tramp "Twitter" hesabında məlumat verib.

Tramp göstərdiyi xidmətlərə görə ona təşəkkürünü bildirib.

ABŞ prezidenti Zinkenin yerinə gələcək namizədin adını gələn həftə açıqlayacağını qeyd edib.