ABŞ-ın Alabama ştatında abort qadağan edilib.

Open.az xəbər verir ki, bu barədə CBS News telekanalı məlumat yayıb.

Ştatın senatı hamiləliyin bütün dövrlərində abortu qadağan edən qanunu qəbul edib.

Belə ki, yalnız sağlamlığında problem olan qadınlar abort edə biləcəklər.

25 senator qanunun lehinə, 6 nəfər isə əleyhinə səs verib. Qanun imzalanandan 6 ay sonra qüvvəyə minəcək.

Abort edən həkimlər isə 99 ilədək həbs cəzasına məhkum edilə bilər.

Gülnar Qafarlı