ABŞ İraqda fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularına ölkəni dərhal tərk etməsi əmrini verib.

Open.az "Haber7"yə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın İraqdakı səfirliyi yayıb.

ABŞ bundan əlavə Bağdaddakı səfirliyin və Ərbildəki konsulluğun diplomatik heyətinin üzvlərininin viza əməliyyatlarını müvəqqəti dayandırıb.

Gülnar Qafarlı