ABŞ-da bir sürücü avtomobilini səkidə olan izdihamın arasına sürüb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Hadisə ABŞ-ın Kaliforniya ştatının Fullerton bölgəsində baş verib. 22 yaşlı sürücü maşını ilə şəhər mərkəzində restoran bar və insanların sıx olduğu bir küçədə izdihamın içinə daxil olub.

3 avtomobilə dəydikdən sonra səkiyə çıxan və ağaca dəyərək dayanan maşın 10 nəfərin yaralanmasına səbəb olub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı