ABŞ-ın Kaliforniya ştatında silahlı hücum nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Fresno şəhərində baş verən hadisədə futbol matçını izləmək üçün toplaşan insanlara atəş açılıb.

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib. Hadisəni törədən şəxs hələ tutulmayıb.

Hücumun səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Gülnar Qafarlı

ABŞ-da silahlı hücum: 4 ölü, 6 yaralı