ABŞ-ın Kaliforniya ştatının Sacramento şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində 27 nəfər yaralanıb.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yaralılardan 13-ü xəstəxanaya yerləşdirilib. Digərlərinə isə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə 40 yanğınsöndürən və 15 təcili tibbi yardım cəlb edilib.

Qəzanın səbəbləri araşdırılır.

Gülnar Qafarlı