ABŞ-ın Nyu-York ştatının Roçester şəhərində baş verən kütləvi atışma nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

Open.az xəbər verir ki, məlumatı “BNO News” yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Əraziyə giriş-çıxış bağlanıb.

Qeyd edək ki, bu şəhərdə afro-amerikalıların "Black Lives Matter” hərəkatının növbəti etraz aksiyası keçirilib.