ABŞ-da daha bir nəfərdə koronavirus aşkarlanıb.

Open.az "RİA Novosti"yə istinadən məlumatına görə, Çinin Uhan şəhərindən təxliyyə edilən Amerika vətəndaşı xəstəliyə yoluxub.

O, Texasda karantində saxlanılır. Bununla da koronaviruslu xəstələrin sayı 15 olub. Karantində saxlanılanların sayı isə 600-dən çoxdur.

Qeyd edək ki, xəstəliyə yoxulanların əksəriyyəti Uhandan qayıdanlardır.