ABŞ-da sutka ərzində koroavirusa yoluxma göstəricilərində rekord qeydə alınıb.

Open.az-ın məlumatına görə, son 24 saat ərzində ölkədə 83 757 nəfər koronavirusa yoluxub. Buna qədər ən yüksək göstərici iyul ayında qeydə alınmışdı.

O zaman 77 mindən çox şəxs virusa yoluxmuşdu. Son sutka ərzində, həmçinin 943 nəfər virusun qurbanı olub.

Bu günədək ABŞ-da koronavirusa 8,5 milyona yaxın şəxs yoluxub, 224 min nəfər həyatını itirib.