14 may 09:32

ABŞ-ın Alyaska ştatında iki hidrotəyyarənin havada toqquşması nəticəsində 5 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Alyaskanın cənub-şərqində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər yaralılardan bir nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

1 nəfərdən isə hələ də xəbər alınmır.

***

ABŞ-ın Alyaska ştatında iki hidrotəyyarənin havada toqquşması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, daha əvvəl yalnız 5 qurbanın olduğu rəsmən təsdiq edilmişdi.

Gülnar Qafarlı