ABŞ Çin Kommunist Partiyası (ÇKP) üzvləri daxil olmaqla bir sıra çinli rəsmilərə viza məhdudiyyətləri tətbiq edir.

Open.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeonun açıqlamasında deyilir.

“Bu gün immiqrasiya və vətəndaşlıq qanunu çərçivəsində səlahiyyətlərimdən istifadə edərək, fiziki zorakılığa, gizli məlumatların oğurlanmasına və açıqlanmasına, casusluğa, təxribata, akademik azadlığa, şəxsi həyata və iş fəaliyyətinə müdaxiləyə əl atan ÇXR, CKP və Birləşmiş Cəbhənin [ÇKP Mərkəzi Komitəsi] fəaliyyətində fəal iştirak edən şəxslərə viza məhdudiyyətləri tətbiq edirəm" - ABŞ diplomatiyasının başçısı bildirib.