ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır.

Open.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Amerika lideri Rusiya ilə yaxşı münasibətlərinin olduğunu bildirib: “Amma Rusiya razılaşmaya əməl etmir”-deyə, Tramp əlavə edib.

Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət “Açıq Hava Sahəsi Müqaviləsi”ni imzalayıb. Müqavilə Soyuq Müharibədən sonra Avropada etimad tədbirlərindən birinə çevrilib. Rusiya isə bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. Ümumilikdə müqaviləni 34 dövlət təsdiq edib.