Böyük Britaniyanın 94 yaşlı kraliçası II Yelizaveta Berkşir qraflığındakı Vindzor qəsri ərazisində at belində görüntülənib.

Open.az xarici mediaya istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən 98 yaşlı həyat yoldaşı şahzadə Filipplə özünütəcrid rejimində olan kraliça karantin müddətində ilk dəfə kameralara tuş gəlib.

II Yelizaveta gəzinti üçün 14 yaşlı Balmoral Fern adlı ponini seçib.

Qeyd edək ki, kraliça sonuncu dəfə martın 19-da ictimaiyyət arasında görünüb.