Hindistanın Andhra-Pradeş əyalətində ilk dəfə Erramatti Mangayamma adlı qadın 74 yaşında əkiz dünyaya gətirib.

Open.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Qadın keysəriyyə əməliyyatı ilə doğuş edib. Əməliyyat zamanı heç bir fəsad yaranmayıb. Uşaqlar sağlam olub.

Ancaq sonradan, ananın stressini aradan qaldırmaq üçün onu reanimasiya şöbəsinə köçürüblər. Bundan əlavə, o, uşaqlarını ana südü ilə qidalandıra bilməyəcək.

Gülnar Qafarlı