Koronavirusa yoluxan Uels şahzadəsi Çarlz artıq sağalıb.

Open.az xəbər verir ki, bu barədə şahzadənin mətbuat katibi məlumat verib.

Özünü yaxşı hiss edən Çarlz artıq karantin rejimindən çıxıb.

Qeyd edək ki, 71 yaşlı şahzadə martın 23-də koronavirus testindən keçmişdi. Analizin cavabları müsbət çıxmışdı.