Vaksinlər üzərində aparılan araşdırmalara görə, 7-8 ayda bir, yaxud da ya hər il peyvənd vurdurmaq məcburiyyətində qala bilərik.

Open.az xarici KİV-nə istinadən bildirir ki, koronavirusun mutasiyaya uğrayan növü yayılmaqda davam edərsə, o zaman yeni növ Covid-19-a qarşı daha diqqətli olmaq lazımdır.

Tədqiqatlar göstərib ki, bəzi xəstələrə 1 dəfə peyvənd vurdurmaq kifayət edir. Bəziləri isə bir neçə dəfə vaksinasiya edilməlidir.

Belə ki, koronavirusa qarşı hər il yenidən həssas vəziyyətə gəlirik, hər il xəstələnə bilirik. Hazırda vurulan peyvəndin yaratdığı antitel və hüceyrə səviyyəsi azala bilər.

Buna görə də 7-8 aydan bir peyvənd olunmalıyıq. Mutasiyaya uğrayan virus əvvəlkindən tamamilə fərqləndiyi üçün isə hər il vaksin vurdurmaq qaçınılmazdır.